İranda 4,7 maqnitudalı zəlzələ baş verib

İranın cənubunda Fars vilayətində 4,7 bal gücündə zəlzələ baş verib
###reklam250###

İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib ki, zəlzələ vilayətin Xane Zinyan şəhərinin 18 kilometrliyində olub.

Təkanlar saat 12:18-də qeydə alınıb və 10 km dərinlikdə baş verib.

Xəsarət alanlar və ya dağıntı barədə məlumat verilməyib.

pia.az