Gürcüstanda meşə yanğını baş verib

Barjomi dərəsində yerləşən Sakire kəndi yaxınlığında meşə yanğını baş verib
###reklam250###

ONA-nın Gürcüstan bürosunun məlumatına görə, hadisə yerinə Fövqəladə Halların İdareetməsi Xidmətinin əməkdaşları, eləcə də Tiflis, Barjomi, Axaltsıx, Aspindza və Adigenidən 150-dək yanğınsöndürən cəlb olunub.

Yanğının söndürülməsinə Daxili İşlər Nazirliyinin Sərhəd polisi xidmətinin helikopteri də cəlb edilib. Yanğın çətin dağlıq ərazidə baş verdiyindən yanğın-xilasetmə avadanlıqlarının hadisə yerinə çatdırılmasının ləngidiyi bildirilir.

Faktla bağlı Daxili İşlər Nazirliyi tərəfindən cinayət işi başlanılıb.

pia.az