ABŞ-da abort qadağan edilə bilər

Senatorlar qanun qəbul ediblər
###reklam250###

ABŞ-ın Alabama ştatının senatorları hamiləliyin istənilən müddətində abortu qadağan edən qanun qəbul ediblər.

Bildirilir ki, yeni qanuna əsasən, hamiləlik hətta təcavüz nəticəsində baş vermiş olsa belə abortla dayandırmaq qadağan edilir.

Qanunu 25 senator dəstəkləyib, 6 senator isə sənədin əleyhinə səs verib. Həmin qanun layihəsi ştatın qubernatoru Key Aviyə baxılması üçün təqdim edilib. Onun bu qərarı dəstəkləyib dəstəkləməyəcəyi bilinmir.(Trend.az)

pia.az