Ramazanın 10-cu gününün duası - Cədvəl

İmsak və iftar vaxtı
###reklam250###

İmanın əsas şərtlərindən biri də hər bir işdə Allaha arxalanmaqdır.

İnsan azad məxluq kimi yaradılsa da, onun hər bir addım atdıqda Allaha təvəkkül etməsi çox bəyənilən haldır. Ramazanın 10-cu gününün duası insanı həmişə Allaha arxalanmağa çağırır və insanın Allahsız bir iş görəcəyinin qeyri-mümkün olduğunu deyir. Elə imanın əlamətlərindən biri də görəcəyiniz işlərdə Allaha təvəkkül etməkdir. Doğrudur ki, təvəkkül məsələsi əsasən həyatın taleyyüklü məsələlərinə aid edilir, amma bu iman xüsusiyyəti müsəlmanın gündəlik həyat tərzinin bir hissəsini təşkil etməlidir.

Ramazan ayının 10-cu gününün duası belədir:

"Allahumməc'əlni fihi minəl-mütəvəkkilinə əleyk. Vəc'əlni fihi minəl-faizinə lədeyk. Vəc'əlni fihi minəl-müqərrəbinə ileyk. Biihsanikə ya ğayətət-talibin".

Tərcüməsi:

"İlahi, bu gün məni sənə təvəkkül edənlərdən, sənin nəzdində feyz və səadət tapanlardan, sənin dərgahına yaxın olanlardan et. Kəramət və ehsanına and verirəm, ey tələb edənlərin məqsədi!"

Xatırladaq ki, bu gün iftar vaxtı saat 21:36-da, sabah imsak vaxtı isə sübh saat 04:22-də olacaq.(Milli.az)

pia.az