Tapılan qədim sikkələr dünyanı şoka saldı - Foto

Sikkələr torpağın üst qatında aşkar edilib
###reklam250###

ABŞ-ın Yuta ştatındakı Qlen Kanyon parkında tapılan iki qədim ispan sikkəsi bütün alimləri şoka salıb.

Bildirilir ki, sikkələrdən biri 1200, digəri isə 1660-cı ilə aiddir. Alimləri şoka salan səbəb isə ispanların bu əraziyə ilk dəfə 1776-cı ildə gəlmələridir. Bununla belə, onların yolu Qlen Kanyon parkından çox uzaqdan keçib.

Arxeoloq Qlen Xarmon sikkələrin həqiqi olduğunu bəyan etdikdən sonra bir sıra versiyalar irəli sürüldü. Bəzilərinin fikrinə görə, bu sikkələri sonradan Avropa dənizçiləri itiriblər. Çünki o dövrdə dənizçilər arasında köhnə sikkə gəzdirmək uğur rəmzi sayılırdı. Bəzilərinin fikrinə görə, bu, ispanlarla yerli hindular arasında ticarəti sübut edir. Bəziləri isə zaman maşını və zaman portallarından danışır.

Londonun Kral kollecinin alimi Rori Smit bildirib ki, bu sikkələri parkda müasir kolleksioner itirib. Bunu bir sıra faktorlar sübut edir:

Dəfinələrdə belə köhnə buraxılış ili olan sikkələr yoxdur;

Bu sikkələri əraziyə buraxacaq olan ispan qəsəbələri parkdan çox uzaqdadır;

Sikkələr torpağın üst qatında aşkar edilib, deməli bu yaxınlarda itirilib.(ölkə.az)

pia.az