Yıldız Tilbenin səhv paylaşımı milyonluq gəlirlərini ortaya çıxardı

Türkiyəli ifaçı Yıldız Tilbenin paylaşımlarını qarışdırması sosial medianın gündəminə düşüb
###reklam250###

Axşam.az xəbər verir ki, konsert tarixlərini paylaşmaq istəyən müğənni, səhvən konsertdən aldığı gəlirlərin siyahısını Tvitterdə yayımlayıb. O, daha sonra paylaşımını silib.

Məlum olub ki, sənətçi 8 ayda konsertlərindən 4,5 milyon lirə ( təxminən 1 milyon, 255 min manat) qazanacaq.

Bildirilir ki, onun bu paylaşımından sonra vergi idarəsi ilə problemləri yarana bilər.

pia.az