"Xoş niyyətlərə allergiyası var"

İYİ Partiyadan Baxçalıya maraqlı ismarıc
###reklam250###

MHP lideri Dövlət Baxçalının məşhur komediya aktyoru Cem Yılmazın Əkrəm İmamoğluna dəstək verməsindən sonra “Mən daha onu sevməm” açıqlamasına İYİ partiyadan maraqlı reaksiya gəlib.

İYİ partiyası rəsmi “Twitter” hesabından aktyora dəstək, Baxçalıya isə belə ismarıc göndərib:

“Üstünüzə almayın. Xoş niyyət mesajlarına qarşı böyük allergiyası var”.(Mia.az)

pia.az