Əvvəli – rəhmət, ortası – bağışlanma, sonu – cəhənnəm atəşindən azad olmaq ayı

Mübarək Ramazan ayının fəzilətlərini Məsumların (ə) dilindən eşidək
###reklam250###

Hərət Peyğəmbər (s) buyurur: "Ramazan ayı Allahın ayıdır və o elə aydır ki, Allah onda həsənələri artırar, günahları pak edər və o, bərəkət ayıdır".

İmam Sadiq (ə) buyurur: "Hər kim Ramazan ayının bir gününü (üzrü olmadan) yeyərsə, iman ruhu ondan ayrılar".

İmam Əli (ə) buyurur: "Ramazan ayı - Allahın ayıdır, Şəban - Peyğəmbərin (s) ayıdır, Rəcəb- mənim ayımdır".

Həzrət Peyğəmbər (s) buyurur: "Ramazan elə aydır ki, əvvəli rəhmət, ortası bağışlanma, sonu cəhənnəm atəşindən azad olmaqdır".

HəzrətPeyğəmbər (s) buyurur: "Ramazan ayının ilk gecəsində səmanın qapıları açılar və son gecəsinə qədər bağlanmaz".

Həzrət Peyğəmbər (s) buyurur: "Əgər Allah bəndəsi bilsəydi ki, Ramazan ayında (hansı bərəkətlər) vardır, istəyərdi ki, bütün il boyu Ramazan ayı olsun".

İmam Sadiq (ə) buyurur: "(Əməlin hesabının) başlanğıcı Qədr gecəsidir. O gecədə gələcək ilin proqramı yazılar".

İmam Sadiqə (ə) sual verirlər ki, Qədr gecəsi necə min gecədən daha üstündür? Həzrət (ə) buyurur: "O gecədəki yaxşı əməllər, Qədr gecəsi olmayan min ayın əməllərindən daha yaxşıdır".

İmam Sadiq (ə) buyurur: "Orucun təkmili zəkat verməklədir, yəni fitrə. Həmçinin Peyğəmbərə (s) salavat göndərmək - namazın kamalıdır (təkmil edicisidir)".

İmam Baqir (ə) buyurur: "Hər şeyin baharı vardır və Quranın baharı - Ramazan ayıdır".

İmam Rza (ə) buyurur: "Hər kim Ramazan ayında Allah Kitabından bir ayə oxuyarsa, sanki başqa aylarda bütün Quranı oxumuş kimi olar".(Milli.Az)

pia.az