Yunan-Roma güləşçilərimiz Ukraynadan 6 medalla qayıdır

Kiyevdə beynəlxalq turnirə yekun vurulub
###reklam250###

Ukraynanın paytaxtı Kiyevdə bu ölkənin tanınmış güləşçilərinin və məşqçilərinin xatirəsinə keçirilən beynəlxalq turnirə yekun vurulub.

Yarışın son günündə yunan-Roma güləşi üzrə yığmamız 4 medal qazanıb. Sakit Quliyev (60 kq) gümüş, Murad Bazarov (60 kq), Kərim Cəfərov və Elman Muxtarov (hər ikisi 67 kq) isə bürünc medalın sahibi olub. Bununla da millimizin qazandığı medalların sayı 6-ya çatıb.

Bir gün öncə Sənan Süleymanov (72 kq) qızıl, Zamir Məhəmmədov (97 kq) isə bürünc medal əldə edib.

Xatırladaq ki, Memorialda beynəlxalq dərəcəli hakim Natiq Hacıyev ədaləti qoruyub.(ONA)

pia.az