Cüdoçularımızın "BÖYÜK DƏBİLQƏ"də böyük uğurları - Yenilənib

1 cüdoçu finala, 2-si isə bürünc medal görüşünə vəsiqə qazanıb 

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Bakıda keçirilən Böyük Dəbilqə yarışında finala yüksəlib.

Məlumata görə, 90 kq çəki dərəcəsində yer alan 26 yaşlı idmançı həlledici qarşılaşmayadək 4 görüşündən qalib ayrılıb.

O, ardıcıl olaraq, Avtandili Tçrikişvili, türkiyəli Mert Şişmanlar, hollandiyalı Yesper Smink və macarıstanlı Kristian Totu üstələyib. Həlledici qarşılaşmada Mehdiyevin rəqibi Nikoloz Şerazadişvili (İspaniya) - Nemanya Maydov (Serbiya) cütünün qalibi olacaq.

Digər çəki dərəcələrinə gəldikdə, Zelim Kotsoyev (100 kq) və İrina Kindzerska (+78 kq) bürünc medal görüşünə çıxacaq. Kotsoyev ardıcıl olaraq, Batır Hojaməhəmmədov (Türkmənistan), Domenik Şönefeldt (Almaniya) və Nikita Sviridi (Belarus) yensə də, 1/4 finalda Kazbek Zankişiyevə (Rusiya) uduzub. Lakin o, təsəlliverici görüşdə Toma Nikoforova (Belçika) qalib gələrək, bürünc medal uğrunda Otqonbaatar Lxaqvasurenlə (Monqolustan) görüşə vəsiqə qazanıb.

Mübarizəyə 1/8 finaldan başlayan Kindzerska Sandra Yablonskite (Litva) və Kseniya Çibişovaya (Rusiya) qalib gəlsə də, yarımfinalda Larisa Çeriçə (Bosniya və Herseqovina) uduzub. O, bürünc medal görüşündə Marina Slutskaya (Belarus) ilə üz-üzə gələcək.

Mübarizəni erkən dayandıran cüdoçulardan 90 kq çəkidə Əbdülhəqq Rəsullu 1/32 finalda Li Koçmana (İsrail), Aliumar Tumayev Altanbaqana Qantulqaya (Monqolustan), Tural Safquliyev Davis Dudanı (Latviya) yendikdən sonra 1/16 finalda Eduard Trippelə (Almaniya) uduzub.

100 kq çəkidə Elmar Qasımov Danilo Pantiçi (Monteneqro) udsa da, 1/8 finalda Toma Nikiforova (Belçika), İeso Kvirikaşvili 1/16 finalda Karolis Bauzaya (Litva), Adil Kərimli 1/32 finalda Niyaz Bilalova (Rusiya) məğlub olub.

100 kq-dan yuxarı çəkidə Rüstəm Kotsoyev Ayaks Tadehara (ABŞ) və Zarko Çulumu (Serbiya) üstələsə də, 1/4 finalda Gela Zaalaşviliyə (Gürcüstan), təsəlliverici görüşdə Vladut Simyoneskuya (Rumıniya) uduzaraq, 7-ci yerlə kifayətlənib. Şahin Qəhrəmanov Vladislav Şerpitskini (Belarus) udduqdan sonra 1/8 finalda Anton Krivobokova (Rusiya), Ayxan Cəfərov 1/16 finalda Ruslan Şaxbazova (Rusiya), İmran Yusifov isə Temuulen Battulqaya (Monqolustan) məğlub olub.

***14:49

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Bakıda keçirilən Böyük Dəbilqə yarışında finala yüksəlib.

"Report"un məlumatına görə, 90 kq çəki dərəcəsində yer alan 26 yaşlı idmançı həlledici qarşılaşmayadək 4 görüşündən qalib ayrılıb.

O, ardıcıl olaraq, Avtandili Tçrikişvili, türkiyəli Mert Şişmanlar, hollandiyalı Yesper Smink və macarıstanlı Kristian Totu üstələyib. Həlledici qarşılaşmada Mehdiyevin rəqibi Nikoloz Şerazadişvilini (İspaniya) məğlub edən Nemanya Maydov (Serbiya) olacaq.(report.az)

pia.az