Bakıda beynəlxalq turnirə start verildi

Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo üzrə “Böyük Dəbilqə” (Grand Slam) beynəlxalq turnirinə start verilib
###reklam250###

Bu gün 18 idmançımız mübarizəyə qoşulur. Bunlardan üç çəki dərəcəsində mübarizə aparan 10 idmançı qadın, iki çəki dərəcəsində tatamiyə çıxacaq səkkiz cüdoçu kişi millimizin üzvləridir.

Qadınlar:

48 kq

1/16 final. Ramilə Əliyeva – Marina Çernyak (Ukrayna)

1/16 final. Aişə Qurbanlı – Oksana Ağazadə (Rusiya)

1/16 final. Şəfəq Həmidova – Səbinə Qilyazova (Rusiya)

1/16 final. Leyla Əliyeva – Nazlıcan Kılıç (Türkiyə)

52 kq

1/16 final. Gülşən Nəzərova – Gülbadam Babamuradova (Türkmənistan)

1/16 final. Şəfəq Məmmədova – Karolina Penkovska (Polşa)

1/16 final. Gültac Məmmədəliyeva – Aqata Perents (Polşa)

57 kq

1/16 final. İçinxorlu Munxtsedev – Ruşana Nurcavova (Türkmənistan)

1/16 final. Səkinə Zayirova – Hedviq Karakaş (Macarıstan)

1/16 final. Aleksandra-Larisa Florian – Yuliya Kovalçik (Polşa)

Kişilər:

60 kq

1/16 final. Oruc Vəlizadə – Haqverdi Cumayev (Türkmənistan)

1/16 final. Tofiq Məmmədov – Yaqo Abuladze (Rusiya)

1/16 final. Əhməd Yusifov – Coşua Kats (Avstraliya)

1/16 final. Orxan Səfərov – Felipe Kitaday (Braziliya)

66 kq

1/16 final. İbrahim Əliyev – Şarles Şibana (Braziliya)

1/16 final. İsmayıl İbrahimov – Georgi Zantaraya (Ukrayna)

1/16 final. İlkin Babazadə – Daniel Karnyin (Braziliya)

1/32 final. Nicat Şıxəlizadə – Məhəmməd Kossekov (Türkmənistan)

Qeyd edək ki, “Böyük Dəbilqə”də milli komandamızın 15 qadın və 28 kişi idmançısı mübarizə aparır. Bu turnir üçün 56 ölkədən 431 cüdoçu Bakıya gəlib. Onlardan 256-sı kişi, 175-i qadındır.

Yarış 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verir. Heydər Əliyev adına İdman Sarayında baş tutan “Böyük Dəbilqə”nin təntənəli açılış mərasimi bu gün saat 16:00-da başlanacaq.

pia.az