Müəllim olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək

Sınaq imtahanı mayın 16-da keçiriləcək
###reklam250###

Bakıda müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı sınaq imtahanı keçiriləcək.

Təhsil Nazirliyindən verilən məlumata görə, sınaq imtahanına qeydiyyat prosesi davam edir.

Sınaq imtahanında iştirak etmək istəyənlər mayın 11-dək miq.edu.az/sinaq linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.

Sınaq imtahanı Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən mayın 16-da Azərbaycan Dövlət İqtisad Universitetinin II (Gənclik korpusu) tədris binasında keçiriləcək.(Trend.az)

pia.az