Kolorado ştatında məktəbdə baş vermiş atışmada bir şagird öldürülüb, 7-si yaralanıb - Yenilənib - Video

Baş vermiş atışma nəticəsindəı 1 şagird öldürülüb
###reklam250###

ABŞ-ın Kolorado ştatındakı məktəblərdən birində baş vermiş atışma nəticəsindəı 1 şagird öldürülüb.

ONA-nın məlumatına görə, yaralanan şagirdlərdən 4-nün vəziyəti ağırdı. Onların 15 və daha yuxarı yaş qruplarına aid olduğu bildirilir.

Ştat polisinin yaydığı məlumatda qeyd edilib ki, məktəblilərə eyni vaxta müxtəlif iki istiqamətdən atəş açılıb.

***

03:39

ABŞ-ın Kolorada ştatında məktəblərin birində yerli vaxtla saat 01:53-də atışma səsləri eşidilib.

ONA foxnews.com-a istinadla xəbər verir ki, Duqlas dairəsinin polis dərhal hadisə yerində olub.

Rəsmi açıqlamalara görə, ilkin olaraq azı yeddi şagirdin yaralandlığı bildirlib. Lakin dugər mənbələrin bu rəqəmin 8 və daha çox olduğu deyilir.

Polis məktəbin bütün otaqlarında əməliyyat-axtarış tədbirləri həyata keçirib.

Yaralılar xəstəxanaya yerləşdirilib. Ölənlər barədə heç bir məlumat verilməyib.

Hadisədə şübhəli bilinən iki şəxs saxlanılıb.

pia.az