I və II dərəcə əlilliyi olan şəxslər dövlət hesabına təhsil alacaqlar

Qanun yeni dərs ilindən qüvvəyə minəcək
###reklam250###

Yeni dərs ilindən I və II dərəcə əlilliyi olan şəxslər dövlət hesabına təhsil alacaqlar"Azərbaycanın ali təhsil müəssisələrində I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud tələbələrin sayı təxminən 2500 nəfərə yaxındır".

Bunu Təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir qeyd edib ki, I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında Azərbaycan Prezidentinin sərəncamı 2019-2020-ci tədris ilindən qüvvəyə minəcək: "Sentyabrdan bu kateqoriyaya aid tələbələr dövlət vəsaiti hesabına təhsil alacaqlar".(ONA)

pia.az