Nazir: "Məktəblərdə psixoloji xidmət təkmilləşdiriləcək"

"Məktəblərdə psixoloji xidmətin təkmilləşdirilməsi, psixoloji öyrənmə mühitinin ölçülməsi və yaxşılaşdırılması ilə bağlı tədbirlərin görülməsi qarşıda duran hədəflərdəndir"
###reklam250###

Bunu Təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir qeyd edib ki, müasir zamanda şagirdlərin zərərli informasiyalara çıxışının asanlaşması təhsil sistemi qarşısında əsaslı çağırışlar yaradır: "Bu baxımdan təhsil sistemində çalışan rəhbər şəxslərin və təhsilverənlərin ailələrlə sıx əməkdaşlığı olduqca vacibdir".

pia.az