Salyanda idmançıları daşıyan avtobus aşıb:1 ölü, 8 yaralı - Yenilənib

Salyanda baş verən qəzada yaralananların adları bəlli olub
###reklam250###

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, yaralanan şəxslər bunlardır:

Ağayev Ülvi Dostum oğlu (2008)

Kazımov Fərid Saleh oğlu (2008)

Əzizov Hüseyn Əliağa oğlu (2005)

Əhmədov Kamal Samiroğlu (2007)

Əhmədov Samir Əhməd oğlu 1980 (sürücü və məşqçi)

Səfərov Murad Əhməd oğlu (2008)

Ramazanov Adəm Seymur oğlu (2008)

Kazımov Əli İntiqam oğlu (2007)

Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov ONA-ya bildirib ki, onlardan 7-nin vəziyyəti normal, birinin vəziyyəti isə ağır stabil qiymətləndirilir.

* * *

Salyanda idman yarışına gedən gəncləri daşıyan mikroavtobus qəzaya uğrayıb, bir nəfər ölüb.

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Şirvan şəhər sakini Samir Əhmədovun idarə etdiyi “Vita” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb. Hadisə nəticəsində gənc idmançılardan biri ölüb, 8 nəfər yaralanıb. Yaralılar Salyan rayon Xəstəxanasına yerləşdirilib.

Mikroavtobusun sərnişinləri Şirvan şəhər İdman Məktəbinin sərbəst güləş üzrə yeniyetmələrdən ibarət komandasının üzvləri olub. Onlar Cəlilabad rayonunda təşkil olunan turnirə qatılmaq üçün gedərkən qəzaya uğrayıblar. Sürücü eyni zamanda komandanın məşqçisidir.

Faktla bağlı araşdırma aparılır.

pia.az