“Qarabağ” Çempionlar Liqasında səpələnmişlər səbətində yer alacaq

Bu gün Azərbaycan çempionu adını qazanan “Qarabağ” ölkəmizi Çempionlar Liqasında təmsil etmək hüququ da qazanıb
###reklam250###

Ardıcıl 6-cı çempionluğunu əldə edən Qurban Qurbanovun yetirmələrinin püşkatma zamanı yer alacağı səbət dəqiqləşib.

Ağdam təmsilçisi I təsnifat mərhələsinin püşkündə səpələnmişlər səbətində yer alacaq. Buna komandanın yüksək əmsala malik olmasıdır. Hesabında 22,000 xal olan “Qarabağ” ümumiyyətlə bu mərhələnin ən reytinqli klublarından biridir.

Qeyd edək ki, Çempionlar Liqası və Avropa Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi iyunun 18-19-da keçiriləcək.

pia.az