Nə üçün Azərbaycan polisləri rus dilini bilməyə məcbur deyil?

Rusiyalı turistlərin paylaşdıqları videogörüntülər xoş olmayan rezonans doğurdu
###reklam250###

Bu bahar Azərbaycana gəlmiş rusiyalı turistlərin Facebook sosial şəbəkəsində paylaşdıqları videogörüntülər xoş olmayan rezonans doğurdu.

Videogörüntüdə rusiyalı ər-arvad polis maşını tərəfindən izləndiklərinə görə narazılıq edirlər. Onlar asayiş keşikçilərinin şəxsiyyət vəsiqələrini göstərmək tələbinə rədd cavabı verirlər. Eyni zamanda videgörüntüdə azərbaycanlı polislərin nəzakətlə davranması diqqət çəkir.

Məsələ bundadır ki, Bakıda çimərlikdə gəzən turistlər ətrafdakı bağ evlərinin və insanların fotoşəkillərini çəkirlər. Lakin, tezliklə polislər yaxınlaşaraq həmin ərazidə şəkil çəkməyin yasaq olduğunu bildirirlər. Rus dilini pis bildiklərinə görə, məhz hansı obyektlərin çəkilməsinin qadagan olduğunu izah edə bilmirlər və turistlərdən fotoaparatı göstərməyi xahiş edirlər.

Turistlər imtina edincə polislər də onların arxasınca düşməli olur. Maşınla qaçmağa çalışan turistləri yol polisi saxlayır.

Rus turistlər azərbaycanlı polislərin rus dilini bilməməsinə qəzəblənərək özlərinə etiketə uymayan şəkildə (başqa sözlə yekəxana) aparırlar. Qadın turist isə hətta polislərin üstünə qışqırır. Cütlük məhz bu anları telefonla kameraya çəkib, sosial şəbəkələrədə yayımlayıb.

Bu müddət ərzində azərbaycanlı polislər turistlərə hökumət nümayəndələrinin bağ evlərini çəkməyin qadağan olduğunu, sadəcə fotoaparatda təhlükəli kadrların olmadığına əmin olmaq istədiklərini bildirirlər. Turistlər inadlaşmayıb fotoaparatı təqdim etsəydilər əslində bu xoşagəlməz anlar da yaşanmayacaqdı.

##relatedPost2##

Turistlərin azərbaycanlı polislərin rus dilini bilməməsinə lağ etməsinə gəlincə. Əlbəttə, xarici dilləri bilmək hər insan üçün bir üstünlükdür. Lakin rus turistlər unudurdular ki, onlar Rusiya yox , dövlət dili Azərbaycan dili olan Azərbaycanın ərazisindədirlər. Bu azərbaycanlı turistin Rusiyada rus polisidən azərbaycan dilində danışmağı tələb etməsi ilə eyni məsələdir.

Polislər başa salmağa çalışırlar ki, turist gəldiyi ölkənin qanunlarına uymalıdır. Onu da yaxşı bilirik ki, rusiyalı polislər ölkələrində olan əcnəbilərlə hər hansı şübhəli vəziyyət yarananda heç də xoş davranmırlar. Heç inanmıram ki, rus polis hansısa şəmkirli və ya qazaxlı turistə bir saat nəzakətlə davranıb, qayda-qanun izah edərdi.

Bax bu kadrlar Rusiyada çəkilib Niyə görəsə bu xarici vətəndaş rus polisdən onunla ingilis dilində danışmasını tələb etmir.

Bu videogörüntülər isə, ABŞ-ın Miçiqan ştatında çəkilib. Polislər sürücüdən sənədlərini tələb edir, sürücü etiraz edincə isə.. Ən yaxşısı özünüz baxın.

(Oxu.az)

pia.az