Göygöl Milli Parkının ərazisində yenilik

Ərazidə satış köşkləri quraşdırılacaq
###reklam250###

Ekologiya və Təbii Sərvətlər Nazirliyin (ETSN) Göygöl Milli Parkının ərazisində turistlərə iaşə xidməti göstərilməsi üçün sahibkarlara suvenir və hədiyyələrin, ayaqüstü qida məhsullarının satışı məqsədilə yüngül taxta və dəmir konstruksiyalı köşklərin qurulmasını təklif edir.

Bu barədə nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə bu gün keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, maraqlanan sahibkarlar may ayının 31-dək Nazirliyə müraciət edə bilərlər.

pia.az