Respublika İdman Tibb Mərkəzi ləğv edilib

Nazirlər Kabineti bununla bağlı müvafiq qərar verib
###reklam250###

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Gənclər və idman nazirliyinin tabeliyindəki Respublika İdman Tibb Mərkəzi ləğv edilib

1953-cü ildən fəaliyyət göstərən müəssisə uzun müddət istismar edildiyi üçün yararsız vəziyyətə dü.wb, maddi texniki bazası və tibbi avadanlıqları isə fiziki və mənəvi cəhətdən köhnəlib. Bu səbəbdən Mərkəzin üzərinə düşən vəzifələrin icrasında ciddi çatışmamazlıqlar yaranıb. Qeyd edilən nöqsanların aradan qaldırılması məqsədi ilə cari ilin yanvar ayından Tibb Mərkəzi təmirə dayandırııb.

Buna baxmayaraq, hal hazıra kimi Mərkəzin əməkdaşlarına aylıq vəzifə maaşları ödənilir.

Təmir işləri yekunlaşandan sonra ləğv edilmiş Mərkəzin işçi heyətinin Səhiyyə Nazirliyinin mütəxəssisləri vasitəsi ilə keçiriləcək attestasiyasının nəticələrindən asılı olaraq, GİN-nin nəzdində fəaliyyət göstərən “Milli İdman Tibb və Realibitasiya İnstitutu” MMC-də fəaliyyətlərini davam etdirməsi nəzərdə tutulur.

pia.az