AŞPA sədri:"Gürcüstan demokratiya yolunda çox işlər görməlidir"

Gürcüstan qanunvericlik bazasını Avropa İttifaqının qanunlarına uyğunlaşdırmalıdı
###reklam250###

Gürcüstan Avropa Şurasına üzv olduqdan sonra çox mühüm addımlar atıb. Amma bu azdır və Gürcüstan hələ çox işlər görməli, qanunvericlik bazasını Avropa İttifaqının qanunlarına uyğunlaşdırmalıdı.

Bu sözləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Lilian Mori Paskye aprelin 30-da Gürcüstanın Avropa Şurasına üzvlüyünün 20-ci ildönümü ilə əlaqədar Tbilisidə keçirilən mərasimdəki çıxışında söyləyib.

AŞPA sədri deyib ki, rəsmi Tbilisi qanunvericiliyin, məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi ilə yanaşı, ölkədə bütün siyasi tərəflər arasında dialoqu inkişaf etdirməlidir.

“Bir sözlə, Gürcüstan genişmiqyaslı islahatları davam etdirməlidir”, – deyə Lilian Mori Paskye vurğulayıb.(Azərtac)

pia.az