UEFA Çempionlar Liqası: Yarımfinal mərhələsinə start verilir

Aprelin 30-da UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün yarımfinal mərhələsinə start verilir
###reklam250###

Mərhələnin ilk oyun günündə İngiltərə və Hollandiya komandaları qarşılaşacaqlar. “Tottenhem Hotspur” stadionunda keçiriləcək görüşdə “Tottenhem” doğma azarkeşlər önündə “Ayaks” komandasını qəbul edəcək.

Qeyd edək ki, londonlular dörddəbir finalda İngiltərənin digər təmsilçisi “Mançester Siti”ni, “Ayaks” isə İtaliyanın “Yuventus” kollektivini mübarizədən kənarlaşdırıb.

Mərhələnin digər oyunu isə mayın 1-də İspaniyada təşkil olunacaq. “Barselona” öz meydanında İngiltərənin “Liverpul” klubunu qəbul edəcək.

Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Komandalar arasında cavab oyunları mayın 8-də keçiriləcək.

pia.az