Akşener qondarma soyqırımla bağlı Ərdoğana müraciət etdi: "Yanınızdayıq"

Türkiyənin müxalif İYİ partiyasının lideri Meral Akşener Prezident Ərdoğana müraciət edib
###reklam250###

O, hər il aprelin 24-də dünyanın bəzi ölkələrində qeyd edilən qondarma erməni soyqırımına toxunub.

Bildirib ki, bu olayla Türkiyəni bütün məsələlərdə qaralamağa çalışanlar var.

Akşener bu iddianın tamamilə saxta və əsassız olduğunu vurğulayıb: “Tarix bütün həqiqətləri ilə ortadadır. Soyqırım iddiaları iftiradır. İqtidarın bu məsələdəki duruşunu dəstəkləyirik. Yanınızdayıq”.(strateq.az)

pia.az