“Hər kəsin bir sona ehtiyacı var” - Lalə Məmmədova

Əməkdar artist Lalə Məmmədova İnstaqram paylaşımı ilə diqqət çəkib
###reklam250###

Axşam.az xəbər verir ki, o, hüznlü olduğu şəkli paylaşaraq, “Hər kəsin bir sona ehtiyacı var, yenidən başlaya bilmək üçün... Və ancaq “Əlvida” deyə biləcək qədər cəsursansa, həyat səni yeni bir “salam”la mükafatlandırar” sözlərini yazıb.

Sənətçi paylaşımında rəy bölməsini deaktiv edib.

Qeyd edək ki, ötən günlərdə müğənninin esk-həyat yoldaşı açıqlama verərək, Lalənin onu ölüm həddinə çatdırmasını iddia etmişdi. Məmmədova isə bütün bu ittihamların qarşısında səssizliyini qorumuşdu.

pia.az