Rusiyanı casus kit hazırlamaqda ittiham etdilər

Norveçin İnqoyya adası sahillərində balıqçılar casus kit  aşkarlayıblar
###reklam250###

Bu barədə “Moskovskiy komsomolets” məlumat yayıb. Balıqçıların dediyinə görə, canlının üzərində “Sankt- Peterbuqda istehsal olunub” yazılmış kəmərə bərkidilən kamera olub. Balıqçılar bildiriblər ki, kit insanlardan ürkməyib və hətta tumarlanmasına icazə verib. Onlar balığın üzərindən kameranı çıxardıqdan sonra yenidən suya buraxıblar.

Norveçli mütəxəssislərin fikrinə görə, kamera quraşdırılmış bu kit Rusiyanın hazırladığı yeni casuslardan biridir. Digərləri isə Rusiyanın üzərində Sankt- Peterburq yazılı bir kamerayla casusu suya buraxmasını bəsit addım adlandıraraq, buna inanmadıqlarını bildiriblər.(Oxu.az)

pia.az