Avropa Liqasının finalına bilet vizaya bərabər olacaq

Azərbaycan gənclər və idman naziri Azad Rəhimov açıqlayıb
###reklam250###

Avropa Liqasının Bakıda keçiriləcək final matçına bilet xarici vətəndaşlar üçün Azərbaycana viza rolunu oynayacaq.

Rusiya mətbuatına istinadən məlumata görə, bunu Azərbaycan gənclər və idman naziri Azad Rəhimov açıqlayıb.

O bildirib ki, bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarı var: “Bizdə Nazirlər Kabinetinin müvafiq qərarı çıxıb ki, Avropa Liqasının finalına bilet bütün azarkeşlər üçün viza olacaq”.A.Rəhimov final barədə fikirlərini açıqlayıb və eyni ölkə təmsilçilərinin qarşılaşmasını istəmədiyini qeyd edib: “Düşünürəm ki, İngiltərə - İspaniya və ya iki İngiltərə finalı olacaq”.

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.(ONA)

pia.az