Trampa telefon atdılar - Video

Videoyazı “Twitter”də yayılıb
###reklam250###

ABŞ prezidenti Donald Tramp İndiana ştatına səfəri zamanı Milli Atıcılıq Assoasiyasında (NRA) çıxış etmək üçün səhnəyə qalxdığı əsnada bir kişi ona tərəf mobil telefon atıb.

Bu haqda “Fox News” məlumat yayıb.

Kadrlarda Ağ Ev rəhbərinin tribunaya doğru irəlilədiyi görünür. Bu zaman auditoriyadan ona tərəfə telefonun uçduğunu və bir neçə addımlığında yerə (səhnəyə) düşdüyünü görmək olur.

Həmin şəxs saxlanılıb. Polis əməkdaşları aparılan sorğu-sual zamanı onun bu hərəkəti edən zaman sərxoş vəziyyətdə olduğunu öyrənib. Onun nə üçün bu hərəkəti etdiyi açıqlanmır.

Araşdırma davam edir.(Oxu.az)

pia.az