Vahid Əhmədov: Dövlət niyə sığortanı öz üzərinə götürməlidir?

“Aqrar sığorta haqqında” qanun layihəsinə görə, Azərbaycanda Aqrar Sığorta şirkəti yaradılır
###reklam250###

Amma Azərbaycanda digər dövlət və qeyri-dövlət sığorta şirkətləri də var. Onların bu prosesdə iştirak edib-etməməsi qanunda əks olunmalıdır.

Bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında millət vəkili Vahid Əhmədov “Aqrar sığorta haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, qanun layihəsində sığortanın icbari və ya könüllü olması əks olunmalıdır:

“Bundan əlavə, qiymətqoyma məsələsi də sığorta hallarında problemdir. Burada qeyd olunur ki, yerli və xarici mütəxəssis iştirak edə bilər. Bizim öz mütəxəssislərimiz var. Xarici mütəxəssislərə, məncə, ehtiyac yoxdur.

Həmçinin, dövlət niyə sığortanı öz üzərinə götürməlidir ki? Dövlət büdcəsində aqrar sığorta məsələlərinə aydınlıq gətirilməsini istəyirik. Niyə dövlət Aqrar Sığorta Şirkətinə vəsait verməlidir?”

pia.az