Şri-Lankanın polis rəisi istefa verdi – Terrora görə

Şri-Lankanın polis rəisi Pucith Cayasundaru istefa verib
###reklam250###

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, o, rəhbərlik etdiyi qurumun ölkədə silsilə terror aktlarının qarşısını ala bilməməsinə görə belə addım atıb.

Bu barədə ada dövlətinin prezidenti Maytripala Sirisena məlumat verib: “Baş polis inspektoru istefa verib. Mən yaxın vaxtlarda yeni baş inspektoru təyin edəcəyəm”.

Xatırladaq ki, aprelin 21-də Pasxa bayramı zamanı Şri-Lankada 8 partlayış törədilib.

Nəticədə 300-dən çox insan ölüb, 500-ə yaxın yaralı var. Ölənlər arasında iki Türkiyə vətəndaşı da olub.

pia.az