XİN sözçüsü: "Bu əraziyə Türkiyə nəzarət etməlidir"

“ABŞ rəhbərliyi yenidən təhdid dilində danışır. Bu münasibətlə heç bir uğurlu nəticə əldə etmək mümkün olmayacaq”
###reklam250###

Bu fikirləri Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib.

O, Türkiyə ilə Suriya arasında təhlükəsizlik bölgəsindən danışaraq bildirib: “Təhlükəsizlik bölgəsi ilə bağlı mövqeyimiz qətidir. Bu əraziyə Türkiyə nəzarət etməli, YPG (terrorçu PKK-nın Suriyadakı qolu-red.) orada omamalı, sərhədboyu təhlükəsizlik bölgəsinin eni 20 mil, yaxud 32 km olmalıdır”.

O, 1915-ci il aprelin 24-ü hadisələri ilə bağlı Fransa Prezidenti Emmanuel Makronun Türkiyənin ünvanına söylədiklərinə də toxunub: “Makronun aprelin 24-nü “anım günü” elan etməsini unutmayacağıq. Fransa Prezidentinin söylədiyi ağır ifadələrin qarşılığı olacaq”. (Report)

pia.az