Vladimir Putin Şimali Koreyaya səfər edəcək

Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Inın KXDR-ə səfər etməyə dair dəvətini qəbul edib
###reklam250###

Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Kim Çen In bu təkliflə aprelin 25-də Vladivostokda baş tutan KXDR – Rusiya sammiti zamanı çıxış edib.

Bildirilir ki, Rusiya prezidenti dəvəti “razılıqla” qəbul edib.

Putinin Şimali Koreyaya mümkün səfər tarixi açıqlanmır. (Report)

pia.az