Zərif: "İran ABŞ-la məhkumların mübadiləsinə hazırdır"

İranın xarici işlər naziri fikir bildirib

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkəsinin ABŞ-la məhkumların mübadiləsinə hazır olduğunu bildirib.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

“Gəlin, mübadilə aparaq. Mən bunu etməyə hazıram və buna səlahiyyətim çatır”, - deyə M.C.Zərif qeyd edib.(ONA)

pia.az