"Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli üçün nüfuzundan istifadə edəcəyinə ümidvaram"

"Rusiya ATƏT məkanında çoxdan qalmış, yeni yaranan və həll edilməmiş münaqişələrin, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar formatlarında əsas tərəfdaşdır"
###reklam250###

Bunu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi Tomas Qreminger Moskvada Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla görüşdə deyib.

"Rusiyanın bu formatlarda münaqişələrin həlli üçün nüfuzundan istifadə edəcəyinə ümidvaram", o bildirib.

T.Qreminger qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli bu gün Rusiya Xarici İşlər naziri ilə görüş zamanı daha geniş müzakirə olunacaq.(report)

pia.az