Azərbaycanda 110 min insana peyvənd vuruldu

Bu il ölkəyə 160 min vaksin gətirilib
###reklam250###

Bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, gətirilən vaksinlər mart ayı ərzində respublikanın bütün region və şəhərlərinə paylanılıb:

“Bizdə olan son məlumatlara görə, dünənə qədər respublika üzrə 110 min böyük yaşlı insana qızılca-məxmərək əleyhinə kombinləşmiş vaksin vurulub. Aprelin sonuna qədər 150 min nəfərin də peyvəndlərə cəlb olunması planlaşdırılır”.

pia.az