Bakının Nərimanov rayonunda su kəsiləcək

Bu gün Bakının Nərimanov rayonunun Atatürk parkına yaxın ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq  

Bu barədə “Azərsu” ASC-dən məlumat verilib.

Məlumata görə, fasilə Atatürk parkının yenidən qurulması layihəsi çərçivəsində ərazidə yeni su xətləri çəkilməsi ilə əlaqədardır.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

pia.az