Fransanın keçmiş baş naziri həbs edilə bilər

Fransanın sabiq baş naziri Fransua Fiyon və həyat yoldaşı Penelopa Klark hakim qarşısına çıxacaqlar
###reklam250###

PİA.az qafqazinfo-ya istinadən xəbər verir ki, onlar ictimai təşkilatların gəlirlərini mənimsəməkdə ittiham edilirlər.

Bu barədə qalmaqal Fiyon 2017-ci ildə prezidentliyə namizədliyini irəli sürərkən ortaya çıxmışdı.

Hazırda cinayət işi məhkəməyə göndərilib. Baş nazir və həyat yoldaşının günahı sübuta yetirilərsə, onları 10 ilədək həbs və 1 milyon avro cərimə gözləyir.

pia.az