Səudiyyə Ərəbistanında 37 nəfər edam olunub

Səudiyyə Ərəbistanında 37 nəfər “terror fəaliyyətində” təqsirli bilinərək edam olunub

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi məlumat yayıb.

Açıqlama Krallığın kütləvi informasiya vasitələrində yayımlanıb.

Bildirilib ki, edam edilənlərin hamısı Səudiyyə Ərəbistanı təbəəsi olub.

pia.az