Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi loqotipi Türkiyədə təkrarlandı

Loqotip 2019-cu il ərzində bütün rəsmi tədbirlərdə və yazışmalarda istifadə ediləcək
###reklam250###

Türkiyədə 19 May 1919-cu il tarixinin 100 illiyi münasibətilə düzəldilmiş loqotip mübahisələrə səbəb olub. Loqotipin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin loqotipi ilə eyni olması sosial şəbəkədə aktual mövzudur.

Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün İstanbuldan Samsuna getməsi ilə başlayan İstiqlal savaşının ilk günü sayılan 19 May 1919-cu il tarixinin 100-cü ili üçün Türkiyə Prezident Administrasiyasının mətbuat xidməti tərəfindən xüsusi loqotip düzəldilib. 100-cü il loqotipi İdman və Gənclər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi kimi qurumlar tərəfindən 2019-cu il ərzində bütün rəsmi tədbirlərdə və yazışmalarda istifadə ediləcək.

Virtualaz.org-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, loqotipin rəsmi saytına daxil olanda diqqət çəkən bir detal üzə çıxır. Saytda loqotipin “Alqoritm” adlı şirkət tərəfindən düzəldildiyi məlum olur.

Saytdan bəlli olur ki, “Alqoritm” şirkəti “Ədalət və İnkişaf Partiyası” (AKP) və bir çox Türkiyə dövlət qurumları üçün xidmət göstərir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi üçün istifadə olunan loqotipin eynisini düzəldən şirkətə bu loqotip üçün nə qədər pul ödənildiyi də müzakirə mövzusudur.(Virtualaz.org)

pia.az