İranın kəşfiyyat naziri:“ABŞ-ın 290 casusunu ifşa etmişik”

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) qarşı aparılan mürəkkəb əməliyyatlar nəticəsində müxtəlif ölkələrdə, o cümlədən İranda fəaliyyət göstərən şəbəkədə 290-dan çox casus ifşa etmişik”
###reklam250###

Xarici KİV-i xəbər verir ki, bunu İranın informasiya və kəşfiyyat (ETTELAAT) naziri Mahmud Ələvi bildirib.

Onun sözlərinə görə, İranın vacib sahələrinə yeridilən MKİ-nin onlarla əməkdaşını həbs ediblər.

Nazir deyib ki, MKİ ilə yanaşı, İran kəşfiyyatı Britaniyanın “Mi-6” agentlərinin ifşası ilə məşğul olub.(Report.az)

pia.az