Poroşenko-Zlenski debatına bütün biletlər satılıb

Bu gün Bakı vaxtı ilə saat 20:00-da Kiyevin “Olimpiyski” stadionunda keçiriləcək debata bütün biletlər satılıb  
###reklam250###

Virtualaz.org “The Times” telegram-kanalına istinadən xəbər verir ki, debatda Ukraynanın hazırkı prezidenti Pyotr Poroşenko və prezidentliyə namizəd, aktyor Vladimir Zelenski üz-üzə gələcəklər.

Xatırladaq ki. son reytinq sorğularının nəticələrinə görə, Zelenski seçicilər arasında populyarlığına görə Poroşenkonu az qala 3 dəfə üstələyir.

Prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.

pia.az