XİN-in həbs edilən əməkdaşları məhkəmə zalından azadlığa buraxılıb

Bu gün Xəzər Rayon Məhkəməsində Azərbaycana gələn əcnəbilərin viza rəsmiləşdirilməsi zamanı xidməti vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunla müəyyən edilmiş ödəmələrdən artıq məbləğdə pul almaqda təqsirləndirilən XİN-in Konsulluq idarəsinin beynəlxalq hava limanındakı viza şöbəsinin 3-cü katibi Elton Xəlilli və Nazirliyin digər əməkdaşı Anar Quliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb
###reklam250###

PİA.az "Report"a istinadən xəbər verir ki, hakim Tərlan Əkbərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.Məhkəmənin hökmü E.Xəlilli 1 il 2 ay və A.Quliyev isə 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Onların cəzaları həbs edildiyi gündən hesablanıb və məhkəmə zalından azadlığa buraxılıb.Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin yaydığı məlumata görə, həmin şəxslər 2018-ci il yanvarın 26-da keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıblar.

pia.az