Prezident Vahid Əliyevi təltif etdi

Vahid Əli oğlu Əliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub
###reklam250###

Müvafiq sərəncam prezident İlham Əliyev tərəfindən imzalanıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasında hərbi sahədə səmərəli fəaliyyətinə görə Vahid Əli oğlu Əliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, o, 1969-cu ildə Bakı şəhərində anadan olub.

General-leytenant Vahid Əliyev Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi olub. O, daha sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini vəzifəsinə təyin edilib. (AzərTac)

pia.az