Xəzərdə tarixi rekord - Ən dərin quyu

JOCAP "SOCAR Absheron" və "Total E&P Absheron" bərabər paylarla iştirak etdiyi birgə müəssisə) operatoru olduğu "ABD-001" yatağında qazma işləri zamanı "Kaspian Drilinq Kompani Limited" MMC-nin idarəçiliyi altında olan Heydər Əliyev adına 6-cı nəsil yarımdalma qazma qurğusu Xəzər dənizində ən dərin quyunun qazılması üzrə rekorda nail olub
###reklam250###

Quyu bu il aprelin 15-də saat 13:00-da 7411 metr (ümumi ölçülmüş dərinlik) dərinliyə çatıb.

Bu, Xəzər dənizində indiyədək qazılmış ən dərin quyudur.

Qazma qurğusu "Kaspian Drilinq Kompani Limited" MMC-nin rəhbərliyi altında 2017-ci ildə Xəzər tərsanəsində tikilib, sınaqdan keçirilib və qurğuya ümummilli lider Heydər Əliyevin adı verilib. Hazırkı quyu Heydər Əliyev adına yarımdalma qazma qurğusunun qazdığı ilk quyudur. (teleqraf.com)

pia.az