AFFA klubları cərimələyib

AFFA İntizam Komitəsi Azərbaycan I Divizionunda çıxış edən “Səbail-2” və “Sumqayıt-2” komandalarını 80 manat məbləğində cərimələyib
###reklam250###

Buna səbəb hər iki kollektivin XXII tur matçlarında xərək daşıyan şəxslərin sayının əsasnaməyə uyğun olmamasıdır.

Paytaxt klubu “Qaradağ Lökbatan”, “gənclik şəhəri” təmsilçisi isə “Sabah-2” ilə oyunda eyni səhvə yol verib.

Qeyd edək ki, əsasnaməyə görə xərək daşıyanların sayı 4 nəfər və yaşları 18-dən yuxarı olmalıdır. (Report)

pia.az