Onlar ilk dəfə başlarına gələn olayları danışacaqlar

27 aprel, saat 19:00-da Nizami Kino Mərkəzində “Hekayəm var” adlı stand-ap şou keçiriləcək
###reklam250###

PİA.az Muxalifet.az-a istinadla xəbər verir ki, şounu təşkil edən “Hekayəm var” komandasının üzvləri şair və yazıçılardır. Şou əsnasında onlar başlarına gələn yumoristik, dramatik, psixoloji hekayələri insanlarla bölüşəcək.Hər çıxışçıya 15 dəqiqə vaxt veriləcək və çıxışlar arasında musiqi fasiləsi olacaq.

Biletlərin qiyməti 7 və 10 manat təşkil edir.

Bilet sifariş etmək istəyənlər 0505602111, 0554059000 (Votsap) nömrələri ilə əlaqə saxlaya bilər.

Qeyd edək ki, bu, ədəbiyyatçılar arasında keçirilən ilk stand-ap şou olacaq.

pia.az