Qüds valisi saxlanıldı

İsrail polisi Şərqi Qüds və Qərbi Şəriədə 18 nəfəri saxlayıb
###reklam250###

PİA.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, onların arasında Fələstin rəhbərliyinə tabe olan Qüds valisi Adnan Qays da var.

O, gecə saatlarında evindən aparılıb. Saxlanılanların terror aktlarında əli olduğu iddia edilib.

Qeyd edək ki, hazırda İsrail həbsxanalarında 5700 fələstinli saxlanılır. Onlardan 230-u uşaqdır.

pia.az