Tsukerberq “Facebook” rəhbərliyindən uzaqlaşdırıla bilər

“Facebook” səhmdarlarının illik toplantısında Mark Tsukerberqin İdarə Heyətinin sədri postundan uzaqlaşdırılması məsələsi yenidən müzakirəyə çıxarılacaq

Business Insider yazır ki, söhbət investorların təklifi əsasında strukturun dəyişdirilməsindən gedir.

Tsukerberqin vəzifəsindən kənarlaşdırılması məsələsi səsverməyə çıxarılacaq. Lakin Tsukerberq səhmlərin 60 faizinə malik olduğu üçün səsvermənin onun əleyhinə bitəcəyi real görünmür.

Qeyd edək ki, “Facebook” səhmdarlarının illik toplantısı mayın 30-da keçiriləcək.

pia.az