Politoloq: "O, ABŞ-ın qara siyahısındadır"

"Sudanda Ömər əl-Bəşirin devrilməsindən sonra xalq məmnun qalmadı və meydanlardan çəkilmədi. Çünki diktatorun ən yaxın adamlarından olan müdafiə naziri Avad ibn Auf çevrilişdən sonra Müvəqqəti Hərbi Şura yaradaraq, bütün hakimiyyəti öz əlində cəmləşdirdi və ölkədə komendant saatı elan etdi"
###reklam250###

Bu sözləri politoloq Şahin Cəfərli bildirib.

"Xalq isə bəyan etdi ki, bizim istədiyimiz bu deyildi və hakimiyyət tezliklə mülki şəxslərə təhvil verilməlidir. Darfurdakı soyqırımda iştirakı olan Avad ibn Auf ABŞ-ın qara siyahısındadır, bu səbəblə Qərblə əlaqələr qurmaq və dünya maliyyə qurumlarından yardım cəlb etmək yeni hökumət üçün çətin olacaqdı", - Şahin Cəfərli qeyd edib.

Politoloq hesab edir ki, bütün bunlara görə düşən axşam ibn Auf istefa verdi: "Onun yerinə Müvəqqəti Hərbi Şuranın rəhbəri vəzifəsinə Quru Qüvvələrinin komandanı Əbdülfəttah əl-Burhani keçdi.

Əl-Burhani bu gün komendant saatını ləğv edərək, bütün siyasi qüvvələri dialoqa çağırıb. O, hakimiyyəti mülki hökumətə təhvil verəcəklərini və 2 il sonra seçkilərə gediləcəyini bildirib". (teleqraf.com)

pia.az