Rusiya Federasiya Şurasının sədri Azərbaycanın “Dostluq” ordeni ilə təltif edilib

Azərbaycan Prezidenti İlham Əliyev Valentina İvanovna Matviyenkonun “Dostluq” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb

Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Valentina İvanovna Matviyenko “Dostluq” ordeni ilə təltif edilib.

Qeyd edək ki, V.Matviyenko Rusiya Federasiya Şurasının sədridir. Onun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdədir.

pia.az