Cənubi Koreyada abort qadağası ləğv edilə bilər

Cənubi Koreyada 66 ildir qüvvədə olan abort qadağası ləğv edilə bilər
###reklam250###

“Qafqazinfo” DHA-ya istinadən xəbər verir ki, Konstitusiya Məhkəməsi qadağanın 2020-ci ilə qədər yenidən gözdən keçirilməsinə qərar verib.

Məsələ bu ilin sonuna qədər parlamentdə müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, C.Koreyada 1953-cü ildən etibarən abort qadağandır. Buna riayət etməyən qadınlara 1750 dollar cərimə, abort edən həkimə isə 2 il həbs cəzası nəzərdə tutulub.

pia.az